İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yüzlərlə adamı gözlərini bağlayaraq diri-diri aşağı atdığı Tel Abyaddakı ölüm çuxuruna cəsəd qoxularından yaxınlaşmaq mümkün olmur. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dibi görünməyən çuxurun yamacları insan ayaqqabıları və paltarları ilə doludur. Bir vadidə olan və kimsənin dibinə qədər enə bilmədiyi çuxurda neçə cəsəd olduğu məlum deyil, bölgədə səslərdən ürkərək yuxarıya doğru havalanan qırğılar uçur...