Modern.az

Deputat uşaq evinə gedib - FOTO

Deputat uşaq evinə gedib - FOTO

22 İyun 2015, 11:15


Millət vəkili Qənirə Paşayeva Maştağada yerləşən uşaq evində uşaqlarla və müəllimlərlə görüşüb. Modern.az xəbər verir ki, Təhsil Nazirliynin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva və  Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbin direktoru Vüqar Əliyev çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub və  kitabla bağlı uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib.

Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən  Qənirə Paşayeva  müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Dövlətimizin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.

O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva uşaq evindəki gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.

Uşaqların hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif  maraqlı jurnalları da hədiyyə edən millət vəkili Qənirə Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb.  Görüşün sonunda Q.Paşayeva müəllimlərə də müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün  kitablar hədiyyə edib.

Millət vəkili Qənirə Paşayeva rəsm və musiqi sahəsində istedadlı uşaqlarla da geniş söhbət edib və onları böyük istedadlarının olduğu bu peşələrin arxasınca getməyı tövsiyyə edib və sizin uğurlar əldə edəcəyinizə inanırıq deyib.



Modern.az   
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR