Modern.az

Pakistanda istidən qırılırlar - Ölü sayı 136-ya çatıb

Pakistanda istidən qırılırlar - Ölü sayı 136-ya çatıb

22 İyun 2015, 15:17


Pakistanda həddindən artıq isti hava üzündən həyatını itirənlərin sayı 136-ya yüksəlib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, musson yağışları ərəfəsində ən isti ayı yaşayan Pakistanın orta və cənubundakı bəzi şəhərlərdə havanın hərarəti 47 dərəcəni keçib.

Ölkənin cənubundakı Sind əyalətinin paytaxtı Kəraçidəki Cinnah xəstəxanasında həkim Seemi Camalı deyib ki, gün vurması səbəbindən 85 nəfər ölüb.  

51 adam isə Hindistan sərhədindəki səhra bölgəsi Tharparkar, Sibbi və Şekhupurada həyatını itirib. Pakistan Meteorologiya Mərkəzi həddindən artıq isti havanın ölkə ərazisində iyunun 24-ü axşama qədər təsirini davam etdirəcəyini bildirib.  

Pakistanın qonşusu Hindistanda keçən ay həddindən artıq istilər səbəbi ilə 2 mindən çox adam həyatını itirmişdi.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR