Modern.az

“Qarabağ” Çempionlar Liqasında Monteneqro klubu ilə oynayacaq

“Qarabağ” Çempionlar Liqasında Monteneqro klubu ilə oynayacaq

22 İyun 2015, 15:33


İyunun 22-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib. Modern.az-ın verdiyi xəbərə görə, Azərbaycan çempionu “Qarabağ”ın  II təsnifat mərhələsindəki rəqibi artıq məlum olub.

Son Azərbaycan çempionu Monteneqronun “Rudar” klubu ilə qarşılaşacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 14-15-də, cavab görüşləri iyulun 21-22-də keçiriləcək.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR