Ermənistan parlamentinin deputatı, hakim Respublika Partiyasının üzvü Seyran Saroyan “qanuni oğru” qohumu Tevos Səfəryan ilə münasibətlərinə toxunub. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Saroyan maşınında tapança tapıldığı üçün polislər tərəfindən saxlanılan Səfəryanı müdafiə edib:
“O “oğru” deyil. Moskvadan gəlib ki, yeni kilsənin açılışında iştirak etsin.Öz maşınımı Tevosa vermişdim. O ki, mənim qohumumdur. Kim öz qohumundan üz döndərər?Siz üz döndərərdiniz?”
Maşında tapılan tapançaya gəlincə, Seyran Saroyan həmin silahın qohumuna məxsus olmadığını deyib:
“O heç vaxt üzərində silah saxlamır. Dostları arasında silahsevərlər ola bilər. Əgər qanunu pozublarsa, deməli onları cəzalandıracaqlar”.
“Tevosik” ləqəbli Tevos Səfəryan Rusiya və Ermənistanda tanınmış “qanuni oğru” sayılır.
Vüqar İsmayılov