Modern.az

Nazirlikdən təmayülləşən məktəblərin “informatika” fənninə dair AÇIQLAMA

Nazirlikdən təmayülləşən məktəblərin “informatika” fənninə dair AÇIQLAMA

22 İyun 2015, 17:19

Azərbaycan Respublikası təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin adı əlavə olunub və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris planları təsdiq edilib. Tədris planlarında informatika fənninin olmaması məsələsinə Təhsil Nazirliyi belə açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında bildirib ki, təmayülləşmə 10-11-ci sinifləri əhatə edir. “Burada İnformatika dərsinin ləğvindən söhbət getmir. Təmayül məktəblər əvvəllər olduğu kimi 18 fənn deyil, 9 fənni əhatə edir. Burada həm də məktəblər kollektivinə seçim imkanı verilir”.  

C.Valehov qeyd edib ki, əgər doğurdan da həmin məktəb üçün təmayül istiqaməti üzrə hər hansı fənn daha seçimlidirsə, o zaman məktəbin pedoqoji kollektivi qərar verməkdə sərbəstdir. “Elə təmayülləşmənin fəlsəfəsi də bundan ibarətdir. O ki qaldı informatika fənninin tədrisinə, bu fənn məktəblərdə 1-ci sinifdən keçirilir”. 
Qeyd edək ki, 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrində tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.    

Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım