2015-2016-cı illər mövsümündə Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının rəqibləri məlum olub.
Modern.az İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada klublarımızın ilkin mərhələdəki rəqiblərini təqdim edir:
Hər üçü klubumuz mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq.
“Qəbələ” - “Dinamo” (Gürcüstan)
“İnter” - “Laçi” (Albaniya)
“Neftçi” - “Mladost” (Monteneqro)
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları iyulunda 9-da keçiriləcək. Hər üç klubumuz mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq və hər üç klub ilk oyununu səfərdə keçirəcək.
Elmin NURİ