Modern.az

Avropa Oyunlarında ikinci olan idmançımız: “Yeni qələbələr qazanacağam”

Avropa Oyunlarında ikinci olan idmançımız: “Yeni qələbələr qazanacağam”

22 İyun 2015, 20:12


Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında qadın samboçularımızdan 52 kq-dək çəki dərəcəsində çıxış edən Nəzakət Xəlilova qızıl medal uğrunda final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşmada Azərbaycan idmançısı uduzaraq gümüş medala sahib olub.

Modern.az saytının xəbərinə görə, Nəzakət Xəlilova jurnalistlərə verdiyi açıqlamada qazandığı medalı ailəsinə və məşqçisinə həsr etdiyini bildirib.

O, rəqibinin dünya çempionu olduğunu xatırladıb: “O dünya çempionudur və təcrübəli olduğu üçün qalib gəldi. Amma mən yeni qələbələr qazanmaq niyyətindəyəm. Xüsusilə də İslam Həmrəylik Oyunlarında qalib olmaq istəyirəm.  

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR