Antalyanın Alanya rayonunda iddiaya görə həddindən artıq dozada spirtli içki qəbul etdikdən sonra ölən ukraynalı ərlə-arvadın cəsədləri, hadisədən 3 gün sonra aclıq və susuzluqdan əldən düşərək eyvandan kömək istəyən 6 yaşlı qızları sayəsində aşkar olunub.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Mahmutlar məhəlləsində kirayə götürdükləri bir evdə istirahət edən Ukraynadan olan 38 yaşlı Vyaçeslav Samilo və xanımı 37 yaşlı Maiia Samilonun qızı Anjelika Samilo bu gün saat 15 radələrində gücdən düşmüş bir halda eyvana çıxaraq rus qonşularına müraciət edib.
Aç olduğunu deyən qızdan ana və atasını soruşan qonşulara qız “onlar yatır, oyanmırlar” cavabından şüblənərək qızdan qapını açmasını istəyiblər.
Mənzilə girən qonşular ukraynalı ərlə-arvadı evin salonunda oturaq vəziyyətdə hərəkətsiz halda tapıblar. Hadisə yerinə gələn jandarm və tibb briqadalarının apardığı tədqiqatda Samilo cütlüyünün öldüklərini müəyyən ediblər.
Alkoqoldan komaya düşdükləri səbəbindən öldükləri ehtimalı üzərində dayanılan cütlüyün cənazəsi aparılan araşdırma sonrası meyitin yarılması üçün Antalya Adlı Tibb Müəssisəsinə göndərilib.
Məlum olub ki, mayın 8-də Türkiyəyə gələn Samilio cütlüyünün çox spirt aldığını iddia ediblər.