Modern.az

Saymon Kleq: “Bağlanış mərasimi açılışdan fərqli olacaq”

Saymon Kleq: “Bağlanış mərasimi açılışdan fərqli olacaq”

23 İyun 2015, 11:53


 “İyunun 22-də 7 idman növü üzrә yarışlar başa çatıb”. Bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, 19 mindәn çox insan gimnastikanın müxtәlif növlәri üzrә yarışlarda tamaşaçı qismindә iştirak edib: “Yeddi müxtәlif mәkanda tamaşaçı turumu 80 faiz olub. Dünәn Azәrbaycanı 1600 idmançı tәrk edib. Bu, indiyә kimi әn yüksәk rәqәmdir”. 

S. Kleq qeyd edib ki, Avropa Oyunları müddәtindә 1 idmançı dopinq testindәn sonra yarışlardan kәnarlaşdırılıb. Bu, oyunlardan әvvәl baş verib. 

S. Kleq bağlanış mәrasiminin açılış mәrasimindәn fәrqli olacağını söyləyib: ”50 ölkәnin tәntәnәli şәkildә qalibiyyәtini qeyd edәcәyik. Karnavala bәnzәr bağlanış mәrasimi gözlәmәk olar. Çox baxımlı mәrasim olacaq”. (Apa)  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım