Böyük Britaniya (İngiltərə) parlamentinin Daxili İşlər Komissiyasının sədri Keits Vaz bu ölkə vətəndaşlarının Türkiyə üzərindən gedərək Suriyada “İslam dövləti” (İŞİD) terrorçu təşkilatına qoşulmasının qarşısını almaq üçün təkliflə çıxış edib.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə o, bildirib ki, ilkin mərhələdə İstanbulla İngiltərə arasında qırmızı telefon xətti qurulmalıdır.“İslam dövləti” 7 gün, 24 saat iş başındadır. Bizim İstanbuldakı Baş Konsulluğumuz da belə qrafikdə işləməlidir”,-deyə qeyd edib.
Keits Vaz onu da əlavə edib ki, fövqəladə vəziyyətlərdən çıxış yolu tapmaq üçün sistem formalaşdırmaq lazımdır.
Aqşin Kərimov