Modern.az

Pakistanda istidən bir sutkada 500 nəfər ölüb

Pakistanda istidən bir sutkada 500 nəfər ölüb

23 İyun 2015, 22:35


Pakistanda anomal istilərdən ölənlərin sayı 700-ə çatıb, onların 500-ü yalnız son sutka ərzində dünyasını dəyişib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyti xəbərə görə, iyunun 23-də səhər ölənlərin sayı 572 nəfər olub, bir gün əvvəl isə bu rəqəm 140 idi. Bundan əlavə, 3 mindən insanın anomal istidən müxtəlif dərəcədə ziyan gördüyü bildirilir.

Pakistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin əksəriyyəti əhalinin sıx yaşadığı Kəraçi şəhərindəndir. Burada havanın hərarəti 45 dərəcəyə çatır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım