Modern.az

Pişik şirkət müdiri seçildi

Pişik şirkət müdiri seçildi

24 İyun 2015, 10:15


Rumıniyada özəl hədiyyələr sifarişi qəbul edən, hazırlayan və ünvanlara çatdıran “Catbox” adlı şirkətə yeni departament müdiri təyin edilib. Ən qəribəsi budur ki, yeni təyin olunan müdir pişikdir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeni “müdir” ayda 200 avro maaş alacaq. “Boss” adlı simvolik müdir iclaslara özü üçün hazırlanan xüsusi kostyum və qalstukda qatılacaq.

Piarmenlərin  yeni “müdir”in pişik seçilməsini bu şirkətin reklam kampaniyasının bir üsulu kimi qeyd edirlər.  

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım