Bakı şəhərinin Qaradağ rayonunun prokuroru Fəxrəddin Pənahov səlahiyyət müddətinin başa çatması münasibətilə vəzifəsindən azad olunub.
Trend-in əldə etdiyi məlumata görə, F.Pənahov Bakı Şəhər Prokurorluğuna təyinat alıb.Qeyd edək ki, F.Pənahov Qaradağ rayonunun prokuroru vəzifəsindən öncə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb.
Modern.az