İyunun 24-də Birinci Avropa Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan boksçularından 2-si final, 2-si yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq.
Modern.az verir ki, “Baku Crystal Hall”da keçiriləcək boks yarışlarında daha 4 idmançımız növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq. Azərbaycanı yüngül (57-60 kq) çəki dərəcəsində təmsil edən Yana Alekseyevna 1/4 finalda Rusiya boksçusu Zinaida Dobrıninaya 3:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.Kişi boksçumuz orta çəkidəki (75 kq) təmsilçisi Xaybula Musalov 1/4 final görüşünə çıxacaq. O, yarımfinala çıxmaq üçün Belorus idmançısı Vitali Bandarenkanı məğlub etməlidir.
Digər iki boksçumuz isə axşam saatlarında finala vəsiqə uğrunda rinqdə mübarizə aparacaqlar.
Yarımfinal döyüşünə əvvəlcə yarımyüngül çəkidəki (56 kq) bokçumuz Tayfur Əliyev Rusiya təmsilçisi Baxtovar Nazirov ilə mübarizə aparacaq.
Bu gün rinqə çıxacaq sonuncu təmsilçimiz yarımağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov olacaq. O, finala vəsiqə əldə etmək üçün Rusiya idmançısı Pavel Silyaginlə yarışacaq.
Sevinc Yasinqızı