Modern.az

Olland ABŞ-ın gizli dinləmə həyata keçirməsi ilə bağlı iclas çağırdı

Olland ABŞ-ın gizli dinləmə həyata keçirməsi ilə bağlı iclas çağırdı

24 İyun 2015, 14:00


Bu gün Fransada milli təhlükəsizlik və müdafiə şurasının iclası keçiriləcək. İclasda Fransa prezidentlərinin telefon danışıqlarının ABŞ-ın milli təhlükəsizlik agentliyi (MTA) tərəfindən gizli şəkildə dinlənilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

Şuranın iclası Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə çağırılıb.  

Qalmaqal “Liberation” qəzetinin “Wikileaks” saytının əldə etdiyi MTA sənədlərinə istinadla agentliyin 2006-2012-ci illərdə Fransanın üç prezidenti - Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyi barədə məqaləsindən sonra başlayıb.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım