Birinci Avropa Oyunlarında iki boksçumuz yarımfinala keçib.
Modern.az saytı xəbər verir ki, qadınların yarışında 60 kq çəkidəki təsmilçimiz Yana Alekseevna rusiyalı rəqibi Zinaida Dobryininaya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.Digər boksçumuz Xaybua Musalov belaruslu Vitali Bandarenka ilə qarşılaşıb. O rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimizi yarımfinala çıxıb.
Sevinc Yasinqızı