Ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiqi haqqında təhsil naziri müvafiq əmr imzalayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, əmrdə şagirdlərin dərs məşğələləri və tətil günləri də qeyd edilib.
Belə ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyunda olacaq.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
Aytən ƏLİYEVA