91 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Birinci Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.
Modern.az saytı Avropa Oyunları Əməliyyat Komitəsinə istinadən xəbər verir ki, iyunun 25-də Məhəmmədrəsul Məcidov yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Məşqçi Nəriman Abdullayevin sözlərinə görə, Məcidov çox ciddi zədə alıb: “Bu çox pis haldır. Bu turnirdə onun işi başa çatdı".
Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.
Modern.az