Modern.az saytı xəbər verir ki, bu dəfə “İFAM” səhnəsində bədii gimnastika üzrə lentlə hərəkətlərdə gümüş medal qazanan təmsilçimiz Marina Durunda çıxış edib. Azərbaycan himnini azarkeşlərlə birgə oxuyan Marina Durunda Birinci Avropa Oyunlarında qazandığı medalın onun üçün ələmatdar olduğunu deyib və belə bir qələbədən qürur duyduğunu deyib.
“Bakı-2015” Birinci Avropa Oyunlarının mükafatçıları Fəvvarələr meydanında yerləşən səhnədə Azərbaycanın Dövlət Himni oxuyaraq idman sevərlər, şəhər sakinləri və qonaqlarla öz sevinclərini, yarışlardakı təəssüratlarını bölüşür.
Modern.az