Modern.az

ABŞ səfiri Atletlər Kəndində - FOTOLAR

ABŞ səfiri Atletlər Kəndində - FOTOLAR

24 İyun 2015, 18:28

İyunun 24-də ABŞ-ın Azərbaycandakı səfiri Sekuta Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Modern.az saytı xəbər verir ki, səfir Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanların bir araya gətirilməsin də oynadığı rolu barədə danışıb.

Səfir qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir:

“Biz hamımız bunları öyrənib digər fəaliyyətlərimiz də tətbiq edə bilərik. O, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb”.


Sevinc Yasinqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım