Modern.az

Ermənistanda enerjinin bahalaşmasına yeni ETİRAZ

Ermənistanda enerjinin bahalaşmasına yeni ETİRAZ

24 İyun 2015, 21:35


Yerevanda mitinq keçirən “Soyğunçuluğa yox!” hərəkatının fəalları Ermənistan vətəndaşlarını hər gün axşam saat 21:00-dan 22:00-a qədər mənzillərində işığı və bütün elektrik cihazlarını söndürməyə çağırırlar. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu qaydada da elektrik enerjisinin qiymətinin artırılmasına etira edilməsi təklif olunur.

Məlumatda qeyd edilirki, aksiya iştirakçıları yanlarından keçən hər kəsə vərəqə paylamaqla mübarizəyə evdə qoşulmalarını arzulayırlar. Hətta sakinlərə bildirilir ki, mətbəx ləvazimatları ilə eyvana çıxıb hay-küy salmaları onların mübarizəyə qoşulduqları anlamına gələcək. Aksiyanın təşəbbüsçülərinin fikrincə, əgər hər gün işıqlar bir saat söndürülərsə, bu “Ermənistan Elektrik Şəbəkəsi” üçün böyük ziyan  olacaq.

Bu dəqiqələrdə Yerevandakı etiraz aksiyası “Azadlıq” meydanında keçirilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım