Modern.az

“İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir” – RƏSMİ

“İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir” – RƏSMİ

25 İyun 2015, 10:10


İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir. Bu barədə Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikkey Associated Press-ə bildirib.

Komitə rəhbəri deyib ki, oyunların coğrafi yayılması siyasətinə görə, növbəti Avropa Oyunları qitənin qədim hissəsi – yəni ki qərbi Avropada keçirilməlidir.

Hikkey 4 şəhərin 2019 Avropa Oyunlarını keçirmək üçün istəyini
ifadə etdiyini bildirib. Ölkələrin adlarını hələlik gizli saxlayan P.Hikkey onlardan ikisinin Niderlandın seçilməsi ilə namizədliyi itirməsini, lakin bu ölkənin imtinasından sonra yenidən Avropa Olimpiya komitəsinə müraciət etdiklərini vurğulayıb. Digər iki namizəd isə yenidir. Hikkey deyib ki, qərar ilin sonunadək qəbul olunacaq.

“Biz hazırlıqlar üçün həmin ölkəyə vaxt vermək baxımından tez qərar qəbul etməliyik” - deyə komitənin rəhbəri qeyd edib.

O deyib ki, Oyunların bəzi növlərinin əlavə edilməsi və ya daha da təkmilləşdirilməsi barədə müzakirələr də aparılacaq.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım