“İrəvanda baş verənlərin 1/10 Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər” bir ay susmazdılar. Modern.az saytının məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
PA rəsmisi Ermənistanda elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı keçirilən mitinqlərə münasibət bildirərkən qeyd edib:
“İndi "CNN", "BBC", "Guardian", "Independent", "Amnesty International", "HRW", "Freedom House" və digərləri görün necə susurlar. İkili standartın göstəricisi budur. Çünki Ermənistan müsəlman ölkəsi deyil".Modern.az