Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah iyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağmaı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun 24-27 dərəcə isti təşkil edəcək.
İyunun 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağma ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.
Modern.az