Modern.az

Biznesdə gənclərə dəstək

Biznesdə gənclərə  dəstək

25 İyun 2015, 12:30

“Turizmə Dəstək Gənclər Assosasiyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Biznesin inkişaf etdirilməsində gənclərə dəstək” adlı layihə çərçivəsində ilk tədbiri keçirib.

Modern.az xəbər verir ki, 23-24 mayda Saatlı rayonunda keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, gənc fermerləl, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış “Turizmə Dəstək Gənclər Assosasiyası” İctimai Birliyinin sədri Pərviz Nəsirov  ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin  icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb.

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında geniş məlumat verib. Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənc sahibkarlar, gənc fermerlərə sahibkarlıq fəaliyyəti və kənd təsərüfatı fəaliyyəti ilə bağlı qanunvericilikdən məlumatların verilməsi olub.

Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının sədri Pərviz Nəsirov və  digər ekspertlərin çıxışı dinlənilib. İştirakçıların sualları cavablandırılıb Sonda iştirakçılara Təşkilatın sertifikatları təqdim olunub.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım