Modern.az

Boksçumuz qızıl medal qazandı

Boksçumuz qızıl medal qazandı

25 İyun 2015, 20:18


Azərbaycan birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıb.

Modern.az saytının məlumatına görə, Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən boksçumuz Teymur Məmmədov bu gün final görüşünə çıxıb.

O, həlledici döyüşdə rəqibi italyan Manfredonia Valentinoya qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 15-ci qızıl medaldır.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım