Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör Ermənistan elektrik qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları ilə bağlı mövqeyini bildirib.
Modern.az saytının verdiyi xəbərə görə AŞPA sədri “RİA Novosti” agentliyinə açıqlamasında deyib ki, Yerevandakı hadisələrdən narahatdır.
Onun bildirdiyinə görə hələlik informasiyaları yalnız KİV-lərdən alır. Tərəfləri sakitliyə çağıran An Brassör xatırladıb ki, bütün hərəkətlər Avropa Şurasının standartları ilə uyğun olmalıdır.
Qeyd edək ki, Yerevenda iyunun 19-da elektrik enerjisi tariflərinin artımı əleyhinə prezident iqamətgahının qarşısında başlayan aksiyalar davam etməkdədir.
Aqşin Kərimov