Modern.az

Qadın voleybolçularımız Türkiyəyə uduzdular

Qadın voleybolçularımız Türkiyəyə uduzdular

25 İyun 2015, 23:48


Bu gün Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.

Millimiz qrupda 0:3 hesabı ilə məğlub olduğu Türkiyə yığması ilə qarşılaşıb.

Gərgin keçən görüşün ilk setində türklər üstün olublar - 21:25. Növbəti set təmsilçilərimizin xeyrinə başa çatıb - 25:23. Üçüncü setdə Türkiyə (19:25), 4-cü setdə komandamız qalib gəldiyindən (25:23) oyunun taleyi 5-ci setdə həll olunub.

Finala bərabər keçən oyunun sonuncu setində türklər üstün olublar - 11:15 (2:3).

Beləliklə, millimiz bürünc medal uğrunda görüşdə Serbiya yığması ilə qarşılaşacaq.

Modern.az   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım