Modern.az

ABŞ Dövlət Departamentindən Ermənistana sərt TƏNDİQ

ABŞ Dövlət Departamentindən Ermənistana sərt TƏNDİQ

26 İyun 2015, 01:17



Ermənistanda insan haqlarının pozulması ilə bağlı 2014-cü ildə əsas qanun pozuntuları korrupsia və hakimiyyətin şəffaf olmaması ilə bağlı olub. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu, ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı illik hesabatında qeyd edilir.

Hesabatda bildirilir ki, ötən il bu ölkədə sistemli korrupsiya və hakimiyyət strukturlarında şəffaflığın çatışmaması, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyinin və vətəndaşların öz hakimiyyətini dəyişdirmək haqqının məhdudlaşdırılması əsas problemlərdən biridir.

Sənəddə o da vurğulanır ki, Ermənistan silahlı qüvvələrindəki şübhəli ölümlər və səlahiyyətdən sui-istifadə, eləcə də “dedovşinalıq” və çağırışçılarla sərt davranış da insan haqlarının pozulması kimi ciddi problemlər sırasındadır. Hesabat müəlliflərinin fikrincə, sadalananlara görə məsuliyyətə cəlb edilənlər yoxdur: “Alınan məlumatlardan biri də polisin etirafedici ifadələr alınması üçün işgəncə tətbiq etməsi və vətəndaşların həbs və sorğu-sual zamanı fiziki təzyiqlərə məruz qalması ilə bağlıdır. Həbsxanaların çoxu tamamilə doludur və antisanitariya vəziyyətindədir”.

Bundan başqa, hesabatda Ermənistan KİV-də siyasi fikir müxtəlifliyinin və obyektivliyin çatışmaması da xüsusi qeyd edilir. Müəlliflər düşünür ki, bu ölkədə vətəndaşların etirazlarını işıqlandıran jurnalistlərə qarşı zorakılıq faktları da qeydə alınıb.

Modern.az 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım