Modern.az

Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu

Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu

26 İyun 2015, 13:55

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri – ümumilikdə 400 nəfər iştirak edib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Alı Alıyev deybi: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəliv, maddi-texniki bazası möhkəmləndiriliv, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.“.

Alı Alıyev növbəti bayram tədbirlərini Qarabağda, Şuşada, Füzulidə keçirməyi arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Azər Quliyev, N saylı Hərbi hissənin zabiti Kənan Hacıyev, Qarabağ müharibəsi veteran, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov və digərləri çıxış edərək Silahlı Qüvvələr Günü ilə bağlı təəsüratlarını bölüşüblər.

Çıxış edənlər işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad olunacağına, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini söyləyiblər.

Sonra Azərbaycanda ordu quruculuğundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.









Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım