Modern.az

Altı boksçumuz finala çıxdı

Altı boksçumuz finala çıxdı

26 İyun 2015, 15:21

I Avropa Oyunlarının boks yarışlarında çıxış edən Azərbaycan idmançıları uğurlu göstəricilərə nail olublar. Modern.az xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən kişilərin yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Albert Səlimov yarımfinalda irlandiyalı Sin Makkomba qalib glərək (3:0) finala yüksəlib. Albert sabah finalda fransız Sofian Omi ilə qarşılaşacaq.

69 kq-da yarışan digər Azərbaycan boksçusu Pərviz Bağırov da yarımfinalda qalib gəlib, o ingiltərəli Coş Kellini udub - 3:0. Boksçumuz sabah saat 18:45-də rusiyalı Aleksandr Besputinlə qarşılaşacaq.

75 kq-da mübarizə aparan Azərbaycan boksçusu Xaybula Musalov  macarıstanlı boksçu Zoltan Harksa ilə yarışda 2:1 hesabı ilə qalib gələrək finala çıxıb. O, sabah irlandiyalı Maykl Oreilli ilə qarşılaşacaq.

Ölkəmizi 91 kq çəki dərəcəsində təmsil edən Abdulkadir Abdullayev də yarımfinalda qalib gəlib, o, rusiyalı Sadam Maqomedovu məğlub edib. İdmançımız sabah finalda çıxış edəcək.

Qeyd edək ki, bunlardan öncə daha iki boksçumuz finala çıxmışdı. Sabah Elvin MəmişzadəKollazo Sotomayor da finalda Azərbaycana qızıl medal qazandırmağa çalışacaqlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım