Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədi müəyyənləşdirilib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu, milli müdafiə naziri İsmet Yılmazdır. Rəsmi açıqlamanı baş nazir Əhməd Davudoğlu AKP-nin ümumi mərkəzində verib. O deyib ki, TBMM sədrliyinə İsmet Yılmazın namizəd olmasına qərar verilib.
Bundan əvvəl məclis sədrliyinə AKP-dən namizədlər arasında milli təhsil naziri Nabi Avcının da olduğu bildirilirdi. Əhməd Davudoğlunun sözlərinə görə, hər iki namizədlə ayrı-ayrılıqda görüşüb və hər ikisi də bir-birinə güzəştə getməyə hazır olduqlarını deyiblər: “Bu mənə ümid verdi. Məsləhətləşmələr nəticəsində İsmet Yılmaz dostumuzun namizədliyi üzərində qaldıq”.
Modern.az