Rusiya prezidentinin müşaviri Sergey Qlazyev baba olub. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Sergey Qlazyevin oğlu Yuri Qlazyevin uşağının anası Tacikistandan olan qeyri-leqal mühacir Firuza Savuşkinadır.
Məlumatda qeyd edilir ki, Yuri artıq 32 yaşlı sevgilisi ilə evlənmək planını bəyan edib. Gəlinin sözlərinə görə, babası nəvəsini qəbul etməsə də, hər şey onlar üçün yaxşıdır.
Sənəddə anası keçmiş ərinin soyadını daşıdığından yeni doğulan qız uşağının sənəddə soyadının necə yazılacağı hələ ki məlum deyil. Putinin müşavirinin oğlundan uşağı olan tacik xanım hələ də başqa birisi ilə evli hesab edilir və həmin nikahdan da bir qızı var.
Tacikistan vətəndaşı olan Firuza Qlazyevlərin evində işləyib. Bu müddətdə onun məmurun oğlu ilə sevgi romanı başlayıb.
Modern.az