Modern.az

Biz haqla yüklənmiş bir karvan sahibiyik...

Biz haqla yüklənmiş bir karvan  sahibiyik...

26 İyun 2015, 17:10

Valeh Mirzə

Avropa Şurası  Parlament Assambleyasında Azərbaycana qarşı yönələn  növbəti təxribat planı da baş tutdu. Ölkəmizdə güya insan haqlarının  pozulması, fikir azadlığının  bogulması kimi absurd iddialara həsr olunan  müzakirə və dinləmələr canında, qanında vətən sevgisi olan, öz dəyərli Prezidentini yüksək qiymətləndirən hər  bir azərbaycanlını narahat etməyə bilmir. Bir milyondan artıq soydaşımızın  hüquq və azadlığını vəhşicəsinə pozan, Xocalıda  misli görünməyən , insanlıq çərçivəsinə sığmayan soyqırımı həyata keçirən  Ermənistan dövləti, onun iyrənc  daxili və xarici siyasəti barədə bir dəfə də olsun belə, söz açılmayan ASPA-da davamlı olaraq  ölkəmiz haqqında  qarayaxmalara  rəvac verilir.

Çox təəssüflər olsun ki, bu qurumu təmsil edən  Avropa ölkələri parlamentariləri  rahatca olaraq, qəhrəmanlıq göstərirlərmiş kimi haqqı nahaqqa qurban verməkdə usanmırlar, xəcalət çəkmirlər. Onlar Azərbaycanda  gedən  dinamik inkişafı, insan hüquqlarının və söz azadlığının  maksimum dərəcədə qorunduğunu hamıdan yaxı bilə-bilə səfil şəraitində yaşayan, qucaqdan- qucağa tullanan fahişə ermənilərin fitvalarına uyur və vaxtaşırı olaraq Azərbaycanın imicini dünya ictimaiyyəti  qarşısında aşağılamağa  çalışırlar. Cəsarətlə deyə bilərəm ki, hər dəfə də  onların iyrənc niyyətləri baş tutmadığından çox gülünc vəziyyətə düşürlər.  Hüquq elmində belə bir məntiq var: əgər ortalığa qoyulan fakt, yaxud iddia konkret dəlillərlə sübuta yetirilmirsə, sonda birinci tərəf, yəni iddiaçı tərəf  qanuni yolla  ifşa olunur.

Avropa  Şurası dəfələrlə danılmaz, tarixin möhürü vurulan haqqımızın qarşısında  tərksilah olsa da, öz  iddiasından əl çəkmir ki çəkmir. Bunun da zənnimcə yalnız bir səbəbi ola bilər: əksəriyyəti naqis  və məkrli insanlar toplumundan ibarət olan bu üzdəniraq beynəlxalq qurum elə təsis olunduğu gündən öz nizamnanəsində hədəfi düzgün müəyyənləşdirməyib. Bəlkə də  bu nizamnamədə  bizə məlum olmayan  qaranlıq məqamlar da var. Bəzən adama elə gəlir ki, bu qurum  bütövlükdə  Ermənistan dövlətinin Avropada fəaliyyət göstərən  və yalnız bizi şantaj etmək üçün yaradılan  qondarma bir təşkilatıdır.  Əgər belə olmasaydı, bu Şura  yarandığı gündən  heç olmasa bircə dəfə bizim də  haqlı tələblərimizi müzakirəyə çıxarar, dinləmələr aparar, tapdanılan haqqımızı müdafiə edərdi. Belə bir  hal  heç vaxt  baş verməyib və bunu biz  artıq ondan  gözləmirik də.

Əksinə,  ötən il  Dağlıq Qarabağ problemi ilə baglı müzakirələrdə  erməni tərəfin mövqeyi açıq-aşkar müdafiə olundu. Ermənipərəst deputatlar  ağızlarının köpüyü daşa-daşa dövlətimizin, xalqımızın ünvanına  böhtan və iftiralar yağdırmağa başladılar, bizi qəddar, qaniçən xalq kimi təqdim etdilər. Zərrəcə məntiqi olmayan qarayaxmaları özünəməxsus tərzdə səbrlə, təmkinlə dinlədikdən sonra Azərbaycan Prezidenti  İlham Əliyev kürsüyə qalxdı. Prinsipiallıgı və iradəsi ilə seçilən Prezidentimiz Azərbaycanın qədim  tarixi, mədəniyyəti, onun düniya dövlətləri və  elə  Ermənistanın özü ilə də mövcud münaqişələrə  qədər heç vaxt  pozulmayan normal münasibətləri barədə ingilis dilində  tarixi bir çıxış etdi.

Ömürləri boyu öz dillərində  belə sanballı çıxış  eşitməyən ermənipərəst Şura üzvləri  az qala ala qarğa, yarasaya dönmüşdülər. Yenə bunumu istəyirlər onlar?!  Xalqımızın haqq səsini  bu yaramazlara yedizdirən  liderimizi ziyalılarımızla bərabər bir çox Avropa ölkələrinin haqqa, ədalətə  qiymət verən siyasətçiləri də  dəstəklədilər. Ataların gözəl bir deyimi var: Haqq  nazilər, amma  heç vaxt üzülməz. Bu deyim tarixin bütün məqamlarında öz təsdiqini tapıb. Haqq işimizə ləkə yaxmağa  çalışan qüvvələrin iyrənc niyyətləri həmişə  Prezident İlham Əliyev tərəfindən  elə məcrasında da boğulub. Biz,  şübhəsiz, bu dəfə də Avropa  Şurasına  kimliyimizi  dübarə tanıtdıracaq, onlara öz haqqımızı hökmən yedizdirəcəyik. Erməni  konyakının təsiri altında  ünvanımıza qarşı sərsəm çıxışlar edən Avropa Şurası Parlament Assambleyasının bəzi yaramaz deputatlarını biz ayıq təfəkkürlə daim ayıltmışıq və yenə də ayıldacağıq. Bir də ki  vallah, heç bir siyasi gücə malik olmayan  bu mənasız qurumu  biz özümüz  nahaq yerə bu qədər  şişirdib böyütmüşük.

Biz haqla yüklənmiş bir karvan sahibiyik.  Yolumuz rahat olmasa da işimiz avand olar inşaallah!  Yolçu yolunda gərək, millətim!

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım