İyunun 26-da “Bakı-2015” I Avropa Oyunlarının boks yarışları Azərbaycanın iki idmançısı üçün uğurla başa çatıb. Modern.az saytı xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən Elvin Məmişzadə final görüşünə çıxıb. O, finalda italiyalı boksçu Vinçenzo Pikardini məğlub edib - 3:0.
E.Məmişzadə Azərbaycana Avropa Oyunlarında 16-cı qızıl medalı qazandırıb.
64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Kollazo Sotomayor da bu gün final görüşünü keçirib. O da finalda italiyalı boksçu (Vinçenzo Manciakarpe) ilə üz-üzə gəlib. Bura da boksçumuz qalib olub - 3:0.
Beləliklə, K.Sotomayor Azərbaycana Avropa Oyunlarında 17-ci qızıl medalı qazandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev “Baku Crystal Hall”da keçirilən hər iki final yarışlarına bağxıb və qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. Prezident Azərbaycan boksçusu Elvin Məmişzadəyə qızıl medalı təqdim edib.
Dövlət, həmçinin 64 kq çəki dərəcəsində qalib gələn boksçuların mükafatlandırma mərasimində də iştirak edib. “Baku Crystal Hall”da keçirilən yarışa Prezidentin xanımı Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Fəxri kürsüdə yer alan idmançılara medalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Qalib idmançının şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
Modern.az