Yeni Zelandiyada ərlə arvad Xyu və Con Niz eyni gündə iki saat fərqlə ölüblər.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, kişinin 94, qadının 92 yaşı olub. Onlar Parapaaraumu şəhərindəki Eldon Lodge qocalr evində eyni palatada dünyalarını dəyişiblər.
Qohumlarının sözlərinə görə, Nizlər hətta bir günlərini belə ayrı keçirə bilmirdilər. Yaxınları isə deyiblər ki, Xyu və Con bir-birindən ayrı yaşamaq istəmədiklərini bildirirdilər.Həyatdan birinci xərçəngdən əziyyət çəkən kişi gedib. İki saat sonra pnun arvadı gözlərini bu dünyaya əbədi yumub.
Cütlüyün 5 uşağı olub, onlardan ikisi valideynlərindən əvvəl ölüb. 2014-cü ildə isə 31 yaşlı nəvələrini Argentinada oğrular güllələyib.
Modern.az