Modern.az

Qənira Paşayevadan AŞPA-da növbəti çağırış

Qənira Paşayevadan AŞPA-da növbəti çağırış

26 İyun 2015, 23:26


Millət vəkili Qənirə Paşayeva AŞPA-nı Ermənistanın azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələrini və qəbistanlıqlarını məhv etməsini dayandırmaq üçün ciddi təzyiqlərə çağırıb.

Modern.az xəbər verir ki, iyunun 26-da AŞPA-nın yay sessiyasının sonuncu günündə çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın bütün Avropanın gözü qarşısında törətdiyi vandalizm aktları, insanlıq əlehinə cinayətlərdən danışıb və Avropanı Ermənistanın bu cinayətlərinə səssiz qalmaqda günahlandırıb.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edən zaman 20 mindən çox azərbaycanlının həlak olması, minlərlə insanın acımasızcasına qətlə yetirilməsindən danışan millət vəkili Qənirə Paşayevanın rəsmi İrəvanın bütün Avropanın gözləri qarşısında Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini, amma Avropa təşkilatlarının bu insanlıq əlehinə cinayətə görə Ermənistana heç bir təzyiq göstərmədiyini vurğulayıb. Deyib ki, bu cür yanaşmalar Avropanın özünün gələcəyi üçün də çox təhlükəli olacaq. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman 4000-dən çox  azərbaycanlının itkin düşdüyünü bildirən Qənirə Paşayeva yüzlərlə insanı xilas etmək üçün Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatların lazımi fəaliyyət göstərmədiyini də vurğulayıb.

”Ermənistanın işğalı nəticəsində öz evindən didərgin düşmüş 1 milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır” deyən millət əkili Qənirə Paşayeva təşkilatı azərbaycanlı köçkünlərin öz evlərinə dönməsinə imkan yaradılmasını da özündə əks etdirən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməyə çağırıb.

”Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus mədəni, tarixi, dini abidələri, qəbirstanlıqları məhv edirlər” deyən millət vəkili AŞPA-nı bu vandalizm aktlarını dayandırmaq üçün sərt addımlar atmağa çağırıb və “bu məsələlərdən birmənalı mövqe olmalıdır” deyib.    

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım