Modern.az

Odessada milislər çimərlikdə atəşə tutuldu: Ölən var

Odessada milislər çimərlikdə atəşə tutuldu: Ölən var

27 İyun 2015, 11:14


Naməlum şəxs Odessa milisinin patrul xidmətinin iki əməkdaşına odlu silahdan atəş açıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə iyunun 26-da gecə yerli vaxtla saat 22:20-də qeydə alınıb. Odessa şəhərindəki “Arkadiya” çimərliyində xidməti vəzifəsinin yerinə yetirən patrul xidmətinin iki əməkdaşı güllə yarası alıb.

Hər iki milis əməkdaşı xəstəxanaya yerləşdirilib. Odessa vilayətinin daxili işlər naziri Qiorqi Lortkipanidzenin sonradan verdiyi məlumata görə, yaralı milislərdən birinin həyatını xilas etmək mümkün olmayıb.  

Modern.az   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım