Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrepetyana helikopter hədiyyə ediblər.
Modern.az saytının məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.Qəzetin əldə etdiyi məlumata görə, helikopteri Rusiyada yaşayan nüfuzlu erməni biznesmenlərindən biri hədiyyə verib.
Bildirilir ki, həmin iş adamı Ruben Ayrepetyanın Şuşada mehmanxana tikdiyi və bu səbəbdən Dağlıq Qarabağda tez-tez olduğunu nəzərə alıb və səfərləri asanlaşdırmaq üçün ona helikopter bağışlayıb.
Aqşin Kərimov