Modern.az

Üç cüdoçumuz 1/8 FİNALDA

Üç cüdoçumuz 1/8 FİNALDA

27 İyun 2015, 12:50


İyunun 27-də Birinci Avropa Oyunlarında cüdo yarışları davam edib.

Modern.az saytı xәbәr verir ki, Azәrbaycanı bu gün keçirilən yarışda 5 idmançı tәmsil edәcәk.

100 kq çəkidə mübarizə aparan dünya çempionumuz Elxan Məmmədov Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üzləşib.

Qarşılaşmaya fəal başlayan cüdoçumuz bir qədər sonra rəqibinə vaza-ari ilə qiymətləndirilən effektiv fənd tətbiq edib.

Bundan sonra təzyiqini daha da artıran dünya çempionumuz xorvat cüdoçunu asai-komi fəndinə salaraq və 15 saniyə saxlayaraq vaxtından əvvəl ipponla tam qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib.

Onun 1/8 final mərhələsindəki rəqibi çex idmançısı Lukas Krpalek olacaq. 100 kq çəkidə yarışan Azərbaycan cüdoçusu Uşanqi Kokauri 1/16 finalda sloveniyalı Matyaz Çeraylaya ipponla qәlәbә qazanıb. O, 1/8 final mərhələsində Polşa cüdoçusu Masiej Sarnaçki ilə üzləşəcək.

90 kq çəkidə Azərbaycanı təmsil edən dünya kubokunun gümüş mükafatçısı Ramin Qurbanov Portuqaliya idmançısı Selio Diasaya qalib gəlib. Ramin Qurbanov rəqibinə bir yuko ilə qiymətləndirilən fənd tətbiq edib. Ardınca ipponla qiymətləndirən effektiv fəndlə təmsilçimiz qarşılaşmada vaxtından əvvəl qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib

O, 1/8 finalda Niderland cüdoçuzu Kristian Totla üz-üzə gələcək.

 

Sevinc Yasinqızı  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım