Bu gün Heydər Əliyev adına İdman Sarayında I Avropa Oyunlarının cüdo yarışları keçirilir. Modern.az saytı xəbər verir ki, kişilər arasında 90, 100 və 100 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar tatami üzərinə çıxırlar.
Təəsüf ki, Azərbaycanın ümid bəslədiyi iki cüdoçu 1/8 final mərhələsində uduzublar. Belə ki,
Elxan Məmmədov Çexiya təmsilçisi Lukas Krpalekə, Elmar Qasımov (hər ikisi 100 kq) portuqaliyalı Xorxe Fonsekaya uduzaraq birinci Avropa Oyunlarında iştiraklarını yekunlaşdırıblar.
Azərbaycanın daha bir cüdoçusu, Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə gürcüstanlı Levani Matiaşviliyə məğlub olub.
Modern.az