Modern.az

Boksçumuz qızıl medal qazandı

Boksçumuz qızıl medal qazandı

27 İyun 2015, 20:00


Birinci Avropa Oyunlarında boks üzrə yarışların sonuncu mərhələsinə start verilib.

Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən boksçu Albert Səlimov bu gün final görüşünə çıxıb.

O, həlledici döyüşdə rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 19-ci qızıl medaldır. Bokçularımızın payına isə 4 qızıl medal düşür.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım