Ermənistan polisi Yerevanda etiraz aksiyalarının iştirakçılarına dəstək vermək üçün siqnal verən sürücələrin avtomobillərini "cərimə meydançası"na aparıb.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, belə avtomobillərin sayı 80-90-dır.
Etirazçılardan biri bildirib ki, polisin bu addımı atmağa haqqı yoxdur: "Polisdən avtomobilləri qaytarmağı tələb edirik".
Modern.az