Bu gün Bakı Olimpiya Stadionunda “Bakı 2015”: I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib. Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər rəsmi şəxslər, əcnəbilər, idmançılar, Azərbaycan vətəndaşları iştirak ediblər.