Modern.az

Türkiyə-Ermənistan protokollarının müəllifi Azərbaycandakı eks-səfir olub

Türkiyə-Ermənistan protokollarının müəllifi Azərbaycandakı eks-səfir olub

29 İyun 2015, 09:41

Türkiyə Xarici İşlər Nazirliyininin son dövrlərdəki ən parlaq simalarından hesab edilən keçmiş diplomat Əhməd Ünal Çeviközlə bağlı maraqlı məlumat açıqlanıb.

Modern.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Ünal Çeviköz olub.
2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz məlum protokolları hazırlayarkən

Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.

Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Frans, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi. Amma sonradan nə Türkiyə, nəd Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi.

Əhməd Ünal Çeviköz 1978-ci ildən Türkiyə XİN sisteminə işə başlayıb. 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz  2001-2004 illərdə  Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olaraq görəv yerinə yetirib. 2007-2010-ci illərdə Ankarada XİN-də işləyib. Bu sırada 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlayıb. 2010-cu ildə Londona səfir olaraq təyin olunub. 2014-cü ildə bu vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyiylə təqaüdə çıxıb.

Çeviközün bundan sonra xarici siyasətə dair analizlərilə mediada çıxış edəcəyi bildirilir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım