Modern.az

“PAŞA Bank”ın rəhbəri dəyişdi

“PAŞA Bank”ın rəhbəri dəyişdi

29 İyun 2015, 13:43



“PAŞA Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub. Modern.az saytı xəbər verir ki, indiyədək bankın İdarə Heyətinin üzvü olan Taleh Kazımov 2015-ci il iyulun 1-dən etibarən “PAŞA Bank” ASC-nin sədri vəzifəsini icra edəcək.

Bu barədə  “PAŞA Bank” ASC məlumat yayıb. Məlumata görə, bu qərar Müşahidə Şurası tərəfindən 2014-cü il yanvar ayında qəbul edilib və korporativ idarəetmənin yeni metodudur: “Qərara əsasən, “PAŞA Bank”-ın hazırda fəaliyyətdə olan sədri Fərid Axundov bankın Müşahidə Şurasının üzvü təyin olunub”.

Yeni sədr Taleh Kazımov 2000 - 2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində ali təhsil alıb. O, 2006-cı ildə MBA dərəcəsi alıb.

T.Kazımov 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləyib. 2006-2007-ci illərdə "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub.

T. Kazımov  2007-ci ilin iyul ayından "PASHA Bank"da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb. 2009-ci ildən isə bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur. 2011-ci ildən "PASHA Bank"ın İdarə Heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.


Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım