Modern.az

Çeçenistan parlamentinin sədri öldü

Çeçenistan parlamentinin sədri öldü

29 İyun 2015, 15:33


Çeçenistan Respublikası parlamentinin spikeri Dukuvahi Əbdürrəhmanov vəfat edib.

Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə qanunverici orqanın rəsmi məlumat verilib:

“Dukuvahi Baştayeviç Əbdürrəhmanov uzun sürən xəstəlikdən sonra vəfat edib”.  

Dukuvahi Əbdürrəhmanov 2001-ci ildə Çeçenistanın kənd təsərrüfatı naziri və baş nazirin müavini, 2005-ci ildən isə Çeçenistan parlamentinin spikeri olub. Əbdürrəhmanov eyni zamanda Çeçenistan Yazıçılar Birliyinin sədri idi.    

Vüqar İsmayılov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım