Modern.az

Heydər Əliyev Mərkəzinin maketi Rusiyanın Dövlət Ermitajında - FOTO

Heydər Əliyev Mərkəzinin maketi Rusiyanın Dövlət Ermitajında - FOTO

29 İyun 2015, 16:00


İyunun 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb. Modern.az xəbər verir ki, müəllifin layihəsi əsasında inşa olunmuş Bakıdakı Heydər Əliyev Mərkəzinin maketi də ekspozisiyada nümayiş etdirilir.

Dövlət Ermitajı və Zaha Hadid Studiyasının birgə təşkil etdiyi sərgidə ümumilikdə, 300-dək maket, çertyoj, heykəl və dizayn obyektləri təqdim olunur. Ekspozisiyada Zaha Hadidin 1980-ci illərdəki eksperimental eskizləri, ilk reallaşdırılan və uğur gətirən layihələri və təbii ki, son illərdəki işləri nümayiş etdirilir.

Sərgidə Heydər Əliyev Mərkəzi ilə yanaşı, memarın layihəsi əsasında inşa olunmuş Çinin Quançjou operası, Romanın XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), Londonun su idman növləri mərkəzi  və digər tikililərin maketləri yer alıb.

Qış sarayının “Nikolay” zalında açılmış sərgi sentyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, böyük britaniyalı Zaha Hadid müasir dünya memarlığının ən məşhur simalarından biridir. O, Pritzker mükafatını almış ilk qadın-memardır.

Xatırladaq ki, Zaha Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülüb.   


Modern.az
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım