Modern.az

“Avropa Oyunları Azərbaycanın hədəflərinə çatmasında önəmli hadisə idi”

“Avropa Oyunları Azərbaycanın hədəflərinə çatmasında önəmli hadisə idi”

29 İyun 2015, 16:09

“17 gün ərzində davam edən Bakı 2015 Avropa Oyunları öncəliklə Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri  Mehriban Əliyevanın, həmçinin  Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatdı.”

Bunu Modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov bildirib.

Deputat qeyd edib ki, Bakıda keçirilən Birinci Avropa Oyunları Azərbaycanın ciddi uğuru kimi qəbul olunmalıdır.

 “I Avropa Oyunlarının Azərbaycanın  dünyada  daha da tanınması, tarix və mədəniyyətinin nümayiş etdirilməsi, eyni zamanda idman sahəsində əldə etdiyi nəticələr baxımından çox böyük əhəmiyyət kəsb edir. Əgər bu bir tərəfdən idman yarışı idisə, digər tərəfdən də ciddi ictimai-siyasi və beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Çünki həm Avropadan, həm də dünyanın bir çox ölkələrindən birinci şəxslərin, rəsmi şəxslərin və çoxsaylı turistlərin gəlməsi Azərbaycana qarşı olan etimadın göstəricisi idi.”

F. Muradov Birinci Avropa Oyunlarını Azərbaycan üçün daha bir təcrübə və bundan sonrakı hədəflərə çatmaqda önəmli hadisə kimi dəyərləndirib. “2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi olaraq tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoymuş olur. İnanıram ki, bundan sonrakı hədəflərdə  Yay Olimpiya Oyunlarınıт Bakıda keçirilməsi olacaqdır. Azərbaycan bundan əvvəl və indi olduğu kimi gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaqdır.”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım